“BİR HƏSƏDİN TARİXİ” FİLMİ QAHİRƏ TELEVİZİYASI İLƏ NÜMAYİŞ ETDİRİLƏCƏK
Azərbaycan Respublikasının Qahirədəki səfirliyi və Misir Ərəb Respublikasının dövlət televiziya və radio şirkəti arasında əldə edilmiş razılığa əsasən, bu yaxınlarda Misirin mərkəzi televiziyası ilə tanınmış kinorejissor Vaqif Mustafayevin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr olunmuş “Bir həsədin tarixi” sənədli filmi nümayiş etdiriləcəkdir. Filmin ərəb dilinə tərcüməsi başa çatmış və televiziya şirkətinə təqdim olunmuşdur.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın və Misirin dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərini nəzərə alaraq, filmin bir nüsxəsi ölkəmizin MƏR-dəki səfiri İsrafil Vəkilov tərəfindən Prezident Hüsni Mübarəkə hədiyyə olaraq təqdim ediləcəkdir. Azərbaycan səfirliyi Qahirə ictimaiyyəti və diplomatik korpusun nümayəndələri üçün filmin təqdimatını keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]