Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

Bakı, 9 avqust, AZƏRTAC

Vətən uğrunda canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunun işıqlandırılması, onların əziz xatirəsinin yaşadılması hər birimizin mənəvi borcudur. Belə qəhrəmanlardan biri də Vətən müharibəsində şücaəti ilə adını tarixə yazan, Azərbaycan Ordusunun leytenantı Elcan Məmmədovdur. O, sağ olsaydı, bu gün 37 yaşını qeyd edəcəkdi…

AZƏRTAC xəbər verir ki, Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayonunda N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə alıb, sonra Azərbaycan Texniki Universitetində Maşınqayırma ixtisası üzrə ali təhsilə yiyələnib. Gənc yaşlarında ailə quran Elcanın həyat yoldaşı Gülnarə Məmmədova, övladları Ayan və Ramal onun yadigarlarıdır.

2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olan Elcan Məmmədov sonradan uşaqlıq arzusunun arxasınca gedib. O, 2018-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirib və leytenant hərbi rütbəsi alıb. Daşkəsən və Goranboy rayonlarında yerləşən hərbi hissələrdə xidmət edib, 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində dəfn olunub.

Elcanı tanıyanların yaddaşında o, ilk növbədə, mərhəmətli, təvazökar və insanpərvər insan kimi qalıb. Dostları ona təsadüfən "Sülh göyərçini" demirdilər. Harada kiçik bir inciklik yaranırdısa, Elcan hamını bir araya gətirir, səmimi söhbəti ilə küskünlükləri aradan qaldırırdı. O, qayğıkeş övlad, sədaqətli həyat yoldaşı, mehriban ata idi.

Şəhidin anası Sahilə Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Elcan bizim üçün təkcə övlad deyildi, ailəmizin ilki, dayağı, qüruru idi. Uşaqlıqdan ağıllı, tərbiyəli, mərhəmətli və insanlara kömək etməyi sevən olub. Hərbçi olmaq onun uşaqlıq arzusu idi və bu peşəni Vətən qarşısında müqəddəs borc hesab edirdi. Müharibəyə elə ruh yüksəkliyi ilə yollandı ki, sanki bayrama gedirdi. Sentyabrın 27-də mənə göndərdiyi son səsli mesajı bu günədək telefonumdan silə bilmirəm. Elcanı tez-tez yuxularımda görürəm. Mənə deyir ki, “Ana, sən ağlayanda mən də ağlayıram”. Hətta bir dəfə onu yuxumda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bir yerdə görmüşdüm. Polad Həşimov Elcanın komandirlərindən biri olub. O, şəhid olanda Elcan ağır sarsıntı keçirib. Deyirdi ki, Polad Həşimovun yoxluğuna alışmaq çox çətindir. O, həm peşəkar zabit, yüksək insani keyfiyyətlərə malik komandir, həm də çox gözəl ürəyə malik insan idi. Çox keçmədi oğlum öz sevimli komandirinə cənnətdə qovuşdu…

Elcan harada olurdusa, insanlara sevgi, birlik və mərhəmət bəxş edirdi. İnanıram ki, Allah onu şəhidlik zirvəsinə ona görə ucaltdı ki, adı və xatirəsi hər zaman insanların qəlbində yaşasın”.

2020-ci il sentyabrın 25-də qısa məzuniyyətə gələn Elcan ailəsi ilə görüşərək yenidən xidmət yerinə qayıdıb. O, müharibənin başlandığı gün artıq ön xətdə idi. Cəbhəyə yollanmazdan əvvəl sosial şəbəkədə paylaşdığı şəkil və “Əzizlərim, mən gedirəm. Əgər qayıtmasam, məni bağışlayın...” yazısı onu tanıyan hər kəsin yaddaşında dərin iz qoyub.

Elcanın Birinci Qarabağ müharibəsi veteranı olan atası Zöhrab Məmmədov deyir ki, oğlu ondan həmişə döyüşlər haqqında soruşar, Ordumuzun gücünə ürəkdən inanardı. Vətən müharibəsindən bir gün əvvəl onu xidmət yerinə yola salan da atası olub: “Elcan mənim üçün təkcə oğul yox, həm də ən yaxın dost idi. Müharibə haqqında tez-tez söhbət edər, Azərbaycan Ordusunun torpaqlarımızı mütləq azad edəcəyinə inanardı. Sentyabrın 26-da onu Lökbatana qədər özüm apardım. Yol boyu dedi ki, “Ata, əgər müharibə başlasa, qalib gələcəyik və torpaqlarımızı azad edəcəyik”. Müharibə başlayan gün isə həyat yoldaşına “Oğluma deyərsiniz ki, atası ilə fəxr etsin” yazıb. Mənə yalnız bir vəsiyyətini etdi – ailəsini Naftalandan Bakıya gətirməyimi istədi. Döyüş yoldaşlarının dediyinə görə, ilk döyüşdə ayağından yaralansa da, geri çəkilməyib və “Biz geri çəkilsək, irəli kim gedəcək?”, - deyərək əsgərlərinin yanında qalıb. Sonradan snayper gülləsinə tuş gələrək şəhid olub. Elcan son nəfəsinə qədər döyüşərək o uca zirvəni fəth etdi. Ata üçün övlad itkisi sağalmayan yaradır. Amma oğlumun Vətən uğrunda canından keçməsi ömür boyu hiss edəcəyim ən böyük qürur duyğusudur. O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı, məni illərdir çiynimdə gəzdirdiyim ağır yükdən xilas etdi”.

Hazırda Elcan Məmmədovun adı vaxtilə yaşadığı evin yerləşdiyi küçəyə verilib. Evlərinin yaxınlığında onun xatirəsinə bulaq inşa olunub. Hər gün həmin bulaqdan su içən insanlar şəhid zabitin ruhuna dualar oxuyur, onu ehtiramla anırlar.

Elcanın ən böyük arzularından biri oğlunun gələcəkdə polis olması idi. Bu gün Ramal atasının qəhrəmanlığından örnək alaraq böyüyür. O, tez-tez nənə və babasına polis peşəsi, şəhidlik və atası haqqında suallar verir. “Polislər də şəhid olurlar?”, “Şəhid olmaq üçün nə etmək lazımdır?”, “Mən nə etsəm, məni də atamın yanında dəfn edərlər?” kimi suallar verir.

Bu gün şəhidin övladları atalarının adı, onlar üçün açdığı yolla addımlayaraq Vətən sevgisi ilə böyüyür, ailəsi isə Elcanın onlara miras qoyduğu dürüstlük, mərhəmət və vətənpərvərlik dəyərlərini yaşatmağı özünə ən müqəddəs vəzifə hesab edir.

Elcan Məmmədov fiziki olaraq doğmalarının yanında olmasa da, adı, qəhrəmanlığı, insanlığı və xatirəsi onu tanıyanların qəlbində yaşayır. Belə oğullar zaman keçdikcə unudulmurlar. Onlar xalqın yaddaşında əbədi yaşayaraq gələcək nəsillərə Vətən sevgisinin, fədakarlığın və sədaqətin ən parlaq nümunəsi kimi örnək olurlar.

Qeyd edək ki, şəhid leytenant Elcan Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik