Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakı, 9 avqust, AZƏRTAC
Bakının Xətai rayonunda qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin operativ tədbirləri nəticəsində Orxan İsmayılov küçəsindəki yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
16:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.