MƏDƏNİYYƏT
Bir qrup jurnalist mükafatlandırıldı
Bakı, 17 iyul (AZƏRTAC). İyulun 17-də “Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 139-cu ildönümünə hər edilmiş tədbir keçirildi.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri Azadə Taleh Abbasqızı milli mətbuatın keçdiyi şərəfli tarixi yola nəzər saldı, müqtədir qələm adamlarının Azərbaycan jurnalistikasına verdiyi töhfələrdən danışdır.
Tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Qənirə Paşayeva çıxış edərək ölkəmizdə jurnalistlərə göstərilən diqqət və qayğıdan danışdı, bu şərəfli yolda onlara uğur arzuladı.
Sonra bir qrup mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda, diplom və mükafatlar təqdim olundu.
Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşları da vardır.
Tədbir incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etdirildi.