İDMAN
Birinci Avropa Oyunları Qırğızıstanda yaşayan soydaşlarımızın da diqqət mərkəzindədir
Bişkek, 19 iyun, AZƏRTAC
Azərbaycanda keçirilən birinci Avropa Oyunları Qırğızıstanda yaşayan soydaşlarımızın da diqqət mərkəzindədir.
Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası Əzizağa Əliyev AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, soydaşlarımız birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimini həyəcanla və böyük maraqla izləyiblər. Onlar Oyunların gedişini də diqqətdə saxlayır, Azərbaycan idmançılarının uğurla çıxış etmələrinə çox sevinirlər.
Bildirilib ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, qısa müddətdə dünya standartlarına tam cavab verən idman obyektlərinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın birbaşa diqqəti nəticəsində mümkün olub. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın böyük uğurudur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek