İDMAN
Birinci Avropa Oyunlarının atıcılıq yarışları start götürüb
![](/files/galleryphoto/2015/2/1200x630/14344785514985721876_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785515249121687_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785515060062263_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551317483765_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785512285934730_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785516166732676_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785511600925801_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551205341717_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785514825521986_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785511552841415_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785514798058884_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785514186512046_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785516541623893_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785513324854347_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785512916828865_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785515238754576_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785512458849136_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785512857726999_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785516348928202_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785515111848225_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785511195518531_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785511938348346_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551987113024_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785512347058309_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785516166313523_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785516423328564_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785514345516701_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551140929323_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785511181643612_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344785513965656323_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551428740634_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478551621607601_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının beşinci günündə - iyunun 16-da Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə kişilər və qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma, o cümlədən səngər stendi yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, kişilərin səngər stendi yarışının birinci təsnifat mərhələsində Azərbaycanı Elvin İsmayılov və Əlimirzə Quliyev təmsil ediblər. Onlar iyunun 17-də yarışın - ikinci təsnifat mərhələsində medal uğrunda mübarizəni davam etdirəcəklər. Qadınların səngər stendi yarışında ölkəmizi təmsil edən Alina Rafiqxanova isə yarışın təsnifat mərhələsində mübarizəni dayandırıb.
Kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının təsnifat mərhələsində 35 idmançı mübarizə aparıb. Belaruslu idmançı Vitali Bubnoviç finalda 206,6 nəticə göstərərək qızıl medala sahib çıxaraq “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb. Yarışda gümüş medala “Bakı-2015”-in idman elçisi italiyalı Nikkolo Kampriani, bürünc medala isə israilli Serqey Riçter sahib olub.
Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı Andera Arsoviç olub. Səkkiz ölkədən idmançıların mübarizə apardığı finalda A.Arsoviç 207.8 xal qazanaraq qızıl medala yiyələnməklə yanaşı, gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Yarışda gümüş medalı isveçrəli Sara Hornonq, bürünc medalı isə almaniyalı idmançı Barbara Enqleder qazanıb.
“Bakı-2015”-də qadınlar arasında atıcılıq idmanının səngər stendi yarışında qızıl medala ispaniyalı Fatima Qalvez yiyələnib və “Rio-2016”-da iştirak hüququ qazanıb. İdmançı mümkün 15 atışdan 13-nü düzgün yerinə yetirərək San-Marino təmsilçisi Arianna Perillini qızıl medaldan məhrum edib. Rusiyalı Elena Tkaç isə bürünc medalla kifayətlənib.
Qaliblərə mükafatları Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Pekka Kusisto, Rumıniyanın Olimpiya və İdman Komitəsinin prezidenti Alin Petrake və San-Marino Milli Olimpiya Komitəsinin prezidenti Can Primo Cardi təqdim ediblər.
Atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftəhəddinova qızıl medal qazanıb.