Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DÖVLƏTLƏRİN ƏRAZİLƏRİNİN GÜC VASİTƏSİ İLƏ DƏYİŞDİRİLMƏSİNİ, SƏRHƏDLƏRİN POZULMASINI QƏTİYYƏTLƏ RƏDD EDİR

İyulun 10-da baş nazir Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin kommunikasıya naziri Əhməd Humeyd əl-Tayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları salamlayaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla dost ölkə olduğunu bildirən A.Rasizadə dedi ki, dövlətlərimiz arasında hər iki tərəf üçün faydalı əməkdaşlığın mövcud olmasına baxmayaraq, BƏƏ-dən Azərbaycana ilk dəfədir ki, belə yüksək səviyyəli nümayəndə heyəti gəlir. Söhbət zamanı nümayəndə heyətinin respublikamızda səmərəli görüşlər keçirdiyi, yaxşı nəticələr əldə edildiyi bildirildi. Qeyd olundu ki, Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda tam sabitlik bərqərar olunmuş və genişmiqyaslı iqtisadi islahatlar aparmaq üçün böyük imkan yaranmışdır. Baş nazir bildirdi ki, bu illər ərzində ölkəmiz sanballı nailliyyətlər qazanmışdır. Lakın bu o demək deyildir ki, Azərbaycanda problemlər yoxdur. Mövcud problemlər ardıcıl olaraq həll edilir. Amma ölkəmizin ən ağır problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, bu günədək həll olunmamış qalır. Düzdür, 1994-cü ildən atəşkəs əldə edilmişdir. Lakin “nə sülh, nə də müharibə” vəziyyəti əbədi davam edə bilməz. Sonra baş nazir qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin düçar olduğu məhrumiyyətlərdən, elan olunmamış müharibənin ağır nəticələrindən söz açdı. Bildirdi ki, Azərbaycan bu münaqişəni sülh yolu ilə həll etmək istəyir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe tutması problemin həllinə mane olur. Baş nazir onu da bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərində iki ildir ki, Azərbaycanın səfirliyi fəaliyyət göstərir. Biz sizin ölkənizlə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik, əlaqələrimizin daha da inkişaf etməsinə tərəfdarıq. Yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri bu arzunun reallaşmasına təkan verəcəkdir. Səmimi qəbula və ölkəsi barəsində xoş sözlər söylədiyinə görə baş nazirə təşəkkürünü bildirən Əhməd Humeyd əl-Tayer Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Zayid bin Sultanın şəxsi salamlarını və xoş arzularını Zati-aliləri, cənab Heydər Əliyevə çatdırmağı ondan xahiş etdi. O dedi ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin möhkəm bünövrəsi məhz hər iki dövlətin prezidentlərinin səyləri nəticəsində yaradılmışdır. Azərbaycanda mehribanlıqla qarşılandığını, hər yerdə özünə və başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə doğma münasibət hiss etdiyini bildirən nazir dedi ki, onun Azərbaycana səfəri çox yüksək səviyyədə hazırlanmışdır. Burada olduğu günlərdə bir sıra danışıqlar apardığını, mülki aviasiya sahəsində əməkdaşlıq barədə sənəd imzaladığını, özü ilə telekommunikasiya və poçt sahəsini əhatə edən müqavilə layihələri gətirdiyini bildirən Əhməd Humeyd əl-Tayer dedi ki, hazırda hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında sərmayələrin cəlb olunması, təşviqi və qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı sənədlər ekspertlər tərəfindən öyrənilir. Qəbul ediləcək sənədlər, imzalanacaq müqavilələr ölkələrimizin xalqlarının rifahının yaxşılaşmasına xidmət edəcək, əməkdaşlığı genişləndirməyə imkan yaradacaqdır. Ölkəmizdə qısa müddətdə çox böyük nailiyyətlər əldə olunduğunu, müsbət dəyişikliklər baş verdiyini öz gözləri ilə gördüyünü bildirən nazir planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına sakit, sülh şəraitində keçən qardaş Azərbaycanda müşahidə olunan bu yüksəlişin onda iftixar hissi doğurduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri ayrı-ayrılıqda çox mühüm coğrafi-siyasi mövqeyə malik bir məkanda yerləşir. Elə bu səbəbdən də ölkələrimizin əməkdaşlığının səmərəli olacağına ümid etdiyini bildirən Əhməd Humeyd əl-Tayer bundan sonra da dövlətlərimiz arasında qarşılıqlı, yüksək səviyyəli səfərlər təşkil edilməsinin tərəfdarı olduğunu bildirdi. Dedi ki, hər iki ölkənin iş adamlarının səfərləri, Azərbaycanda, eləcə də Birləşmiş Ərəb Əmirliklərində sərmayə imkanlarının öyrənilməsi gələcək əməkdaşlığı daha da səmərəli edə bilər. Nazir Ermənistanla Azərbaycan arasında münaqişəyə toxunaraq dedi ki, bu məsələdə Birləşmiş Ərəb Əmirliklərinin prinsipial, dəyişməz və aydın mövqeyi vardır. Ölkəmiz dövlətlərin ərazilərinin güc vasitəsi ilə dəyişdirilməsini, sərhədlərin pozulmasını qətiyyətlə rədd edir. Azərbaycana səfərindən olduqca razı qaldığını bildirən nazir Əhməd Humeyd əl-Tayer gələcək əməkdaşlığın perspektivlərinə nikbinliklə baxdığını vurğuladı. Qəbulda nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

® “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” zirvəsi keçirilib

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin Baş Assambleyası keçirilir YENİLƏNİB

“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti yenidən təşkil edilir

Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb: bir nəfər ən yüksək bal toplayıb