BMT: Azərbaycanda əhalinin 94 faizi 4G ilə təmin olunub
Bakı, 10 iyun, AZƏRTAC
2022-ci ildən bu günədək dərc olunmuş “Rəqəmsal uçurum” mövzusunda hesabata əsasən Azərbaycanın şəhər və kənd yaşayış məntəqələrində əhalinin 94 faizi 4G internetlə təmin olunub, əhalinin 69 faizi isə mobil internetdən istifadə edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda “Azercell”in “Dayanıqlı inkişaf: çağırışlar və həllər” mövzusunda tədbirində deyib.
“Genişzolaqlı mobil rabitənin əhatə dairəsi böyük olsa da, şəhər və kənd yerlərində internetin sürəti ilə bağlı problemlər hələ də qalır. Belə ki, Mərkəzi Asiya və Cənubi Qafqazda 40 faiz əhali dağlıq ərazidə yaşayır. Bu yerlərdə genişzolaqlı infrastrukturu qurmaq ağır və bahalı olduğundan internetə çıxışın əldə edilməsi çətindir. Buna baxmayaraq, son 2 ildə bu ərazilərdə 2 milyarddan çox insan mobil telefonlarla internetə çıxış əldə ediblər”, - deyə Kanako Mabuçi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]