CƏMİYYƏT
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycana səfər edəcək
Bakı, 3 mart, AZƏRTAC
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycanda inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün martın 4-də ölkəmizə səfər edəcək.
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş V Etnosport Forumuna təsadüf edən üçgünlük səfəri çərçivəsində xanım Maimuna Mohd Şərif Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək, ikitərəfli danışıqlar aparacaq.
UN-HABITAT-ın icraçı direktoru, həmçinin Ağdam şəhərinə səfər edəcək və orada Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə tanış olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:18]
Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri
- 28.06.2024 [18:04]
“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
- 28.06.2024 [17:45]
Qırmızı Qəsəbəyə turist axını davam edir
- 28.06.2024 [16:59]