Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Boksçumuz Tayfur Əliyev birinci Avropa Oyunlarının bürünc medalını qazanıb [YENİLƏNİB]

Boks yarışlarında 56 kiloqram çəki dərəcəsində rusiyalı Baxtovar Nazirov belaruslu Dmitri Asanauya 2:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu adını qazanıb.

Xatırladaq ki, çempion Baxtovar Nazirov yarımfinalda Azərbaycan idmançısı Tayfur Əliyevə qalib gəlib. Digər bürünc medalın sahibi isə britaniyalı Qaiz Aşfaq olub.

Qaliblərin mükafatlandırılması mərasimində medalları atletlərə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.

Çempionun şərəfinə Rusiyanın dövlət himni səsləndirilib.

 

19:44

Boks yarışlarında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ilə italiyalı

Valentino Manfredonia arasında final qarşılaşması başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arenada final oyununu izləyir.

19:44

Kişilər arasında 46-49 kiloqram çəki dərəcəsi üzrə final görüşündə Rusiya boksçusu Bator Saqaluyev irlandiyalı Brendan İrvini 2:1 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının qızıl medalını qazanıb. Bu çəkidə bürünc medallar türkiyəli Muhammed Unluya və Ukrayna təmsilçisi Dmitro Zamotayevə nəsib olub.

19:04

Qadınların mübarizəsində 69-75 kiloqramda keçirilən final görüşündə Avropa çempionu niderlandlı Nuçka Fontiyn və dünya çempionu isveçli Anna Laurel Naş qarşılaşıblar. Rəqibini 3:0 hesabı ilə məğlub edən Niderland idmançısı birinci Avropa Oyunlarının çempionu adını qazanıb.

Bu çəki dərəcəsində bürünc medalları almaniyalı Sara Şörix və polşalı Lidiya Fidura əldə ediblər.

Daha sonra 48-51 kiloqram çəki dərəcəsində qadın idmançıların mükafatlandırma mərasimi keçirilib.

Medalları qaliblərə Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin üzvü Andrey Krasniçki təqdim edib.

Çempionun şərəfinə Niderlandın dövlət himni səsləndirilib.

18:20

Birinci Avropa Oyunlarının boks yarışlarının ilk çempionu məlum olub. Bu, qadınların yarışında 48-51 kiloqram çəki dərəcəsi üzrə mübarizənin finalında polşalı Sandra Drabiki məğlub edən Olimpiya çempionu, Böyük Britaniya boksçusu Nikola Adamsdır.

Həmin çəki dərəcəsi üzrə bürünc medallara türkiyəli Elif Coşkun və rusiyalı Sayana Saqatayeva layiq görülüblər.

18:04

“Baku Crystal Hall”da keçirilən boks yarışlarının onuncu gününün ikinci yarısı 48-51 kiloqram çəki dərəcəsində çıxış edən qadın idmançıların final görüşləri ilə başlayıb. Finalda Olimpiya çempionu, Böyük Britaniya boksçusu Nikola Adams və Avropa çempionatının gümüş medalçısı polşalı Sandra Drabik qarşılaşır.

Axşam saatlarında daha dörd çəki dərəcəsində final qarşılaşmaları keçiriləcək. Qadınların mübarizəsində 69-75 kiloqram çəki dərəcəsində Avropa çempionu niderlandlı Nuşka Fontiyn və dünya çempionu isveçli Anna Laurel Naş ilə qarşılaşacaqlar.

Kişi boksçular arasında final mərhələsində 46-49 kiloqram çəki dərəcəsində Brendan İrvin (İrlaniya) - Bator Saqaluyev (Rusiya), 56 kiloqram çəki dərəcəsində Baxtovar Nazirov (Rusiya) - Dmitri Asanau (Belarus), 81 kiloqramda isə Valentino Manfredonia (İtaliya) - Teymur Məmmədov (Azərbaycan) döyüşləri keçiriləcək.

Beləliklə, bu gün birinci Avropa Oyunlarının boks yarışlarının ilk çempionları məlum olacaq.

15:10

İyunun 25-ə səhər saatlarında yarımfinal mərhələsində keçirilən 9 görüşdən sonra 51-54, 60-64 (qadınlar), 52, 64 və 91+ kiloqramlarda finalçılar məlum olub.

Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub. Bu çəki dərəcəsinin finalında rusiyalı Yelena Savaleva italiyalı Marzia Davide ilə qarşılaşacaq.

Qadınlar arasında ikinci yarımfinal görüşündə İtaliya idmançısı Valentina Alberti (60-64kq) polşalı Aneta Rigelskanı, Rusiya boksçusu Anastasiya Belyakova isə Böyük Britaniya təmsilçisi Sandi Rayanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar.

Kişilərin yarışında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tuba üzərində 3:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdıran ikinci Azərbaycan boksçusu olub. Avropa çempionatının mükafatçısı E.Məmişzadə finalda İtaliya boksçusu Vinçenzo Pikardi ilə döyüşəcək.

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (46 kq) yarımfinalda ukraynalı Viktor Petrovu mübarizədən kənarlaşdırıb - 3:0. Qızıl medal uğrunda döyüşdə onun rəqibi almaniyalı Kastriot Sopanı məğlub edən İtaliya boksçusu Vinçenzo Manyakapredir.

Doxsan bir kiloqramdan ağır çəki dərəcəsində yarımfinala vəsiqə qazanan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov əvvəlki görüşdə aldığı ağır zədə üzündən rinqə çıxmayıb. Onun rəqibi Rusiya idmançısı Qasan Qimbatov birbaşa finala vəsiqə qazanıb. Rusiyalı atletin finaldakı rəqibi Böyük Britaniya boksçusu Coy Coys olacaq.

14:38

 

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (46 kq) yarımfinalda ukraynalı Viktor Petrovu mübarizədən kənarlaşdırıb - 3:0. Qızıl medal uğrunda döyüşdə onun rəqibi almaniyalı Kastriot Sopanı məğlub edən İtaliya boksçusu Vinçenzo Manyakapredir.

14:06

Yarışda 52 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadənin bu mərhələdəki rəqibi İtaliya boksçusu Vinçenzo Pikardi olacaq. V.Pikardi yarımfinalda slovakiyalı Vilyam Tankonu mübarizədən kənarlaşdırıb.

13:54

Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə yarımfinalda almaniyalı rəqibi Hamza Tuba üzərində 3:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdıran ikinci Azərbaycan boksçusu olub.

AZƏRTAC xəbər verir ki, onun bu mərhələdəki rəqibi slovakiyalı Vilyam Tanko və italiyalı Vinçenzo Pikardi görüşünün qalibi olacaq.

13:49

Aişə Qurbanlı (48 kq) səkkizdəbir finalda italiyalı Valentina Moskatta, Kifayət Qasımova (57 kq) isə ilk görüşündə serbiyalı Yovana Roqiçə məğlub olublar.

13:38

Qadınlar arasında günün ikinci yarımfinal görüşündə İtaliya idmançısı Valentina Alberti (60-64kq) polşalı Aneta Rigielskanı, Rusiya boksçusu Anastasiya Belyakova isə Böyük Britaniya təmsilçisi Sandi Rayanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar.

Yarımfinal görüşlərini arenada Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər izləyiblər.

13:21

Qadın boksçuların mübarizəsində 51-54 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.

Yarımfinalda Azərbaycan idmançısı Anna Əlimərdanovanı məğlub edən rusiyalı Yelena Savaleva qızıl medal uğrunda döyüşdə italiyalı Marzia Davide ilə qarşılaşacaq.

12:49

Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

12:44

Bakı, 25 iyun, A.Yadigarov. S. Allahverdiyeva, AZƏRTAC

İyunun 25-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının onuncu günündə yarımfinal və final görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın 4 boksçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

Günün açılış qarşılaşmasında Azərbaycan qadın boksçusu Anna Əlimərdanova (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.

Kişi boksçularımızdan Elvin Məmişzadə (52 kq) finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya qalib gəlməlidir.

Kollazo Sotomayor (64kq) isə yarımfinaldakı ukraynalı Viktor Petrov ilə üz-üzə gələcək.

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) qızıl medal uğrunda döyüşdə Avropa çempionu italiyalı Valentino Manfredonia ilə qarşılaşacaq.

Bu gün 51-54 (qadınlar), 52, 64, 91+ (kişilər) çəki dərəcələrində yarımfinal, 48-51, 69-75 (qadınlar), 56 və 81 kiloqram çəki dərəcələrində (kişilər) isə final görüşləri keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub