BOLQARISTANIN İQTİSADİYYAT VƏ ENERGETİKA NAZİRİ AZƏRBAYCANDA SƏFƏRDƏ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın iqtisadiyyat və energetika naziri Petr Dimitrov Xəzər neft, qaz, neftayırma və neft kimyası-2008” XV beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Azərbaycana səfərə gələcəkdir.
Səfərdən digər məqsəd isə Bolqarıstanın İqtisadiyyat və Energetika Nazirliyi ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi arasında Niyyət Protokolu imzalamaqdır.
P.Dimitrov Azərbaycana səfəri çərçivəsində Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərində, Dövlət Neft Şirkətində görüşlər keçirəcəkdir. Görüşlərdə Bolqarıstana təbii qaz idxalı məsələsi müzakirə olunacaqdır.
Bolqarıstan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin, “Bulqarqazholdinq” şirkətinin və Elektrik Enerji Sistemləri operatorunun nümayəndələri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]