DÜNYA
Bosniya və Herseqovinada ekoloqlar kiçik su elektrik stansiyalarının inşasının qadağan edilməsinə nail olublar
![Bosniya və Herseqovinada ekoloqlar kiçik su elektrik stansiyalarının inşasının qadağan edilməsinə nail olublar](/files/2022/2/1200x630/16573099415537812793_1200x630.jpg)
Sarayevo, 9 iyul, AZƏRTAC
Bosniya və Herseqovinanın inzibati vahidi olan Bosniya və Herseqovina Federasiyasında kiçik su elektrik stansiyalarının tikintisi qadağan olunub.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Federasiyası parlamenti ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq, kiçik su elektrik stansiyalarının inşasının qadağan olunması barədə qərar qəbul edib.
Ölkədəki ətraf mühit fəalları təxminən on ildir ki, gücü 10 meqavatdan aşağı su elektrik stansiyalarının tikintisinin qadağan olunmasını nəzərdə tutan qanunun qəbulu üçün mübarizə aparırdılar. Effektivliyi az olan bu elektrik stansiyalarının çaylara və biomüxtəlifliyə ziyan vurduğu bildirilirdi. Ekoloqlar çaylarda tikilən kiçik elektrik stansiyalarının inşasının qadağan edilməsi kampaniyası çərçivəsində 60 min imza toplayıblar.
Bosniya və Herseqovinadakı ümumilikdə 119 kiçik su elektrik stansiyasında ötən il ölkədə istehsal olunan elektrik enerjisinin yalnız 2,54 faizini təşkil etdiyi bildirilir.