DÜNYA
Bostonun “Fenuey Park” beysbol stadionu ABŞ-da keçiriləcək prezident seçkilərində erkən səsvermə mərkəzinə çevriləcək
Vaşinqton, 26 sentyabr, AZƏRTAC
Bostondakı “Fenuey Park” beysbol stadionu son aylar ərzində koronavirus pandemiyası səbəbindən beysbol oyunlarına tamaşaçı qəbul etmirdi, lakin oktyabr ayında iki gün ərzində şəhər sakinləri ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək məqsədilə bu idman qurğusunu ziyarət edə bilərlər.
AZƏRTAC xəbər verir ki, Boston şəhər seçki komissiyası oktyabrın 17-18-də erkən səsverməsinin keçirilməsi yeri qismində “Boston Red Sox beysbol” komandasının ev stadionunun istifadə edilməsini təsdiq edib.
“Bu mühüm hadisə üçün icmamızın qapılarının açılması imkanının yaratdığına görə şəhərə və seçki komissiyasına minnətdarıq. Səsvermə dəyərlərimizi və ideologiyamızı qorumağın ən yaxşı yollarından biridir və Red Sox, Boston sakinlərinə erkən səs vermə imkanı verərək bu məsələdə kömək etməkdən məmnundur ”, - deyə Red Sox-un prezidenti və baş icraçı direktoru Sem Kennedy söylədi.
Los-Ancelesdəki "Dodger" və Vaşinqtonda yerləşən "Neşnals park" stadionları da səsvermə məntəqələri kimi təsdiqlənib. Hakimiyyət pandemiya şəraitində daha çox ABŞ prezident seçkilərində səsvermənin keçirilməsi üçün stadionlardan, parklardan və açıq səma altında müəssisələrdən istifadə etməyə çalışır.
AZƏRTAC-ın Vaşinqton bürosu