BP-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BP-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğu ifadə edilib. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.