Bu gün əfsanəvi Azərbaycan təyyarəçisi Adil Quliyevin doğum günüdür
Bakı, 22 noyabr, AZƏRTAC
Bu gün əfsanəvi Azərbaycan təyyarəçisi Sovet İttifaqı Qəhrəmanı Adil Hüseyn oğlu Quliyevin doğum günüdür.
AZƏRTAC əfsanəvi təyyarəçinin həyat yoluna qısa nəzər salır.
Adil Hüseyn oğlu Quliyev 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. O Bakıda 14 nömrəli məktəbi bitirib. 1941-ci ildə hərbi xidmətə çağırılan Adil Quliyev 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirib.
1942-ci ilin oktyabrından Belarus, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşub. 1944-cü il sentyabrın 10-dək qvardiya kapitanı A.Quliyev 141 döyüş uçuşu edib, 38 hava döyüşündə 15 düşmən təyyarəsini vurub.
Düşmənlərlə döyüşlərdə göstərdiyi cəsarət və hərbi şücaətə görə 1945-ci il fevralın 23-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Həmin il martın 14-də Staraya Russa şəhəri yaxınlığında vurulan təyyarəsini cəbhə xəttinə qədər çatdıran Adil Quliyev paraşütlə tullanaraq öz tərəflərinə keçə bilib.
O, 1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib. 1966-cı ildə polkovnik rütbəsində istefaya çıxıb. Uzun müddət Bakı Aeroportunun rəisi işləyib, SSRİ Ali Sovetinin deputatı olub.
1992-ci ildə vəfat edən Adil Quliyev Bakıda Fəxri Xiyabanda dəfn edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [14:11]
Bakı Olimpiya Stadionu: WUF13-ə xoş gəlmisiniz! - FOTOREPORTAJ
- 17.05.2026 [13:49]
Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO
- 17.05.2026 [13:35]