Bu il Qax rayonunda 14 subartezian və artezian quyusu qazılacaq
Qax, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamının icrası olaraq, bu il Qax rayonunda 14 subartezian və artezian quyusunun qazılması nəzərdə tutulur. İndiyədək bu quyulardan 6-sı qazılaraq istismara hazır vəziyyətə gətirilib. Hazırda daha 2 yaşayış məntəqəsində - Zəyəm və Tasmalı kəndlərində də yeni artezianların qazılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Baş mühəndisin bildirdiyinə görə, torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2014-2018-ci illərdə Qax rayonunda 54 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Təkcə 2018-ci ildə rayon ərazisində 13 subartezian və artezian quyusu qazılıb. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]