Bu il sosial sığorta haqları üzrə daxilolmalar 11 faiz artıb
Bakı, 7 iyun, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artıb və 83 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artaraq 62,9 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-may aylarına nisbətən 9,1 faiz artıb və 403,4 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,3 faiz artaraq 286,3 milyon manatdan çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]