Bu il Türkiyədə 38 filmin çəkilməsi nəzərdə tutulub
İstanbul, 9 aprel, AZƏRTAC
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2019-cu ildə ölkənin film sektoruna dair layihəsi açıqlanıb. Nazirliyin məlumata görə, layihəyə əsasən bu il ölkədə çəkilməsi nəzərdə tutulan 38 tammetrajlı və 3 animasiya filminə 32 milyon 350 min lirə maliyyə vəsaiti ayrılıb.
AZƏRTAC xəbər verir ki, vəsaitin 9 milyon 250 min lirəsi gənc rejissorların çəkəcəkləri ilk filmlərin payına düşür.
Qeyd edək ki, layihədə iştirak edəcək gənc rejissorlar arasında aparılan müsabiqədə 13 nəfər dövlət dəstəyi ilə ilk filmini çəkəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul