REGİONLAR
Bu ilin iki ayında “Aqroservis” ASC-nin Lənkəran filialına 1080 ton gübrə gətirilib
Lənkəran, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lənkəran rayonunda aqrar sahənin inkişafını təmin etmək, fermerlərə və məhsul istehsalçılarına kömək məqsədi ilə “Aqrolizinq” ASC tərəfindən rayona lazımi texnikaların və mineral gübrələrin gətirilməsi davam etdirilir.
“Aqroservis” ASC-nin Lənkəran filialının direktoru Sərraf Heydərov AZƏRTAC-a bildirib ki, hazırda filialda kənd təsərrüfatının müxtəlif sahələri üçün nəzərdə tutulmuş 35 texnika var. Müəssisədə fermerlərə güzəştli qaydada gübrələrin verilməsi işi də davam etdirilir. Artıq mineral gübrələr fermerlərə və məhsul istehsalçılarına 70 faiz güzəştli şərtlərlə satılır.
Ötən il məhsul istehsalçılarına güzəştli qaydada 400 tona yaxın mineral gübrələrin verildiyini vurğulayan S.Heydərov, bu ilin iki ayında “Aqroservis”in Lənkəran filialına 1080 ton gübrənin gətirildiyini vurğulayıb.