CƏMİYYƏT
Bu ilin ilk altı ayı ərzində 38 minədək şəxs fəal məşğulluq tədbirlərinə cəlb edilib
![Bu ilin ilk altı ayı ərzində 38 minədək şəxs fəal məşğulluq tədbirlərinə cəlb edilib](/files/2022/2/1200x630/16573565634526659385_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 37 min 644 işsiz və işaxtaran şəxs fəal məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 15 min 895-i münasib işlərlə təmin edilib, 5028 nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına qoşulub.
Həmçinin bu müddət ərzində Agentlik tərəfindən 1875 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil olunub və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Altı ay ərzində 14 min 846 şəxslə peşəyönümü tədbirləri keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [19:13]
"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb
- 03.07.2024 [18:41]
Ötən ay 23 aptekdə yoxlama aparılıb
- 03.07.2024 [18:41]
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
- 03.07.2024 [18:37]
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb
- 03.07.2024 [18:11]