Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu qoruqda Azərbaycan florasının 25 faizi yerləşir FOTO

Zaqatala, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. 2003-cü ilədək isə bu göstərici yalnız 4,5 faiz idi.

Azərbaycanın xüsusi mühafizə edilən təbiət ərazilərindən biri də Zaqatala Dövlət Təbiət Qoruğudur. Qoruq 1929-cu ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yaradılıb. Zəngin flora və faunası ilə seçilən, 979 bitki və 213 heyvan növünün qorunub saxlandığı bu qoruq Cənubi Qafqazda yaradılan ilk qoruqlardan biridir.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Dövlət Təbiət Qoruğunda olub, əməkdaşlarla görüşüb, qoruğun fəaliyyəti ilə maraqlanıb.

Qoruğun direktoru Qalib Mehdiyevin bildirdiyinə görə, Zaqatala Dövlət Təbiət Qoruğu yalnız respublikamızın şimal-qərb bölgəsinin deyil, bütövlükdə Azərbaycanın yüksək dəyərə malik milli sərvətlərindəndir. Yarandığı vaxt qoruğun ərazisi 28 min 214 hektar olub. 2008-ci ildə Nazirlər Kabinetinin müvafiq sərəncamı və qərarı ilə qoruğun ərazisi genişləndirilərək 47 min 349 hektara çatdırılıb, eyni zamanda, 6 min 557 hektar sahədə həmsərhəd ərazilərin fauna və florasını qorumaq məqsədilə Zaqatala Dövlət Təbiət Yasaqlığı da təşkil olunub.

Zaqatala və Balakən rayonlarının inzibati ərazisində yerləşən qoruğun ərazisinin 39 min 338 hektarını meşələr, 4 min 989 hektarını subalp və alp çəmənlikləri, 1903 hektarını daşlı və qayalıqlı sahələr, 591 hektarını təbii seyrəkliklər, qalan ərazini isə meşəaltı açıqlıqlar, mühafizə zolaqları təşkil edir. Qoruğun ərazisində başlanğıcını qarlı zirvələrdən götürən müxtəlif çaylar axır. Bu çaylar Alazan vadisinin formalaşmasında mühüm rol oynayır. Qoruğun ən yüksək zirvəsi dəniz səviyyəsindən 3648 metr hündürlüyü olan Quton dağı hesab edilir.

Qalib Mehdiyev bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğu çox zəngin bitki örtüyü və heyvanat aləminə malikdir. Ərazinin mürəkkəb relyef quruluşuna malik olması, həmçinin dəyişən iqlim şəraiti qoruğun flora və faunasının zənginliyinə səbəb olub. Qoruğun aşağı meşə qurşağında fıstıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, ayı fındığı, müxtəlif növ ağcaqayın meşələri üstünlük təşkil edir. Burada, eyni zamanda, qaramurdarça, zoğal, əzgil, alça, leyləkotu, gəndalaş, Qafqaz çayı, böyürtkən və başqa kol bitkiləri də geniş yayılıb. Dəniz səviyyəsindən 1800-2100 metr hündürlükdə parkşəkilli subalp meşələrinə rast gəlmək mümkündür. Ərazidə 2400 metrdən başlayaraq 3000 metr yüksəkliyədək davam edən alp çəmənlikləri tədricən qayalıq bitkiləri ilə növbələnir. Ən yüksək dağlıq hissədə isə tundra iqliminə oxşar şərait mövcuddur.

Qeyd edək ki, Zaqatala Dövlət Təbiət Qoruğunun florasında 152 fəsiləyə və 465 cinsə mənsub 827 bitki növü müəyyən olunub. Bu, Azərbaycan florasının təxminən 25 faizini təşkil edir. Qoruq ərazisində bitən 67 növ bitki Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşüb.

Qoruğun heyvanat aləmi də çox müxtəlifdir. Ən son tədqiqatlara əsasən, burada mövcud olan 171 növ quşun 22 növünün, 48 növ məməli heyvanın isə 11 növünün adı “Qırmızı kitab”a salınıb. Bundan əlavə, ərazidə mövcud olan 18 növ sürünən heyvanın 2-sinin, 8 növ suda-quruda yaşayanın 3-nün və 7 növ balığın 1 növünün adı da “Qırmızı kitab”a daxil edilib.

Zaqatala Dövlət Təbiət Qoruğunda Azərbaycan və ümumiyyətlə, Qafqaz ekoregionu üçün əhəmiyyətli olan 5 növ cütdırnaqlı, o cümlədən Şərqi Qafqaz turu, nəcib Qafqaz maralı, Avropa cüyürü, köpgər və çöl donuzu, 10 növ yırtıcı, o cümlədən Qafqaz qonur ayısı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, meşə və daşlıq dələləri, gəlincik, həmçinin məməli heyvan və quşlardan Qafqaz uları və Qafqaz tetrası yaşayır. Tur və maralların sayına görə Zaqatala Qoruğu Cənubi Qafqazın digər qoruqları arasında ilk yerdə qərarlaşıb.

Ərazidə aparılan fasiləsiz müşahidə və tədqiqatlar, elmi işlər qoruğun “Təbiət salnaməsi”ndə ümumiləşdirilərək öz əksini tapıb.

1959-cu ildən qoruğun nəzdində “Təbiət muzeyi” fəaliyyət göstərir. Almanəsilli taksidermist Vilhelm Reys tərəfindən yaradılan muzeydə qoruğun təbiəti, onun heyvanat və bitki aləmi çox məharətlə əks olunub. Onun həyat yoldaşı Qalina Reysin çəkdiyi rəsmlər isə ərazinin landşaftını özündə əks etdirir. Ekoloji maarifləndirmə işinə xidmət edən muzeydə bütün zonanın təbii landşaftlarında və qoruğun öz ərazisində yaşayan heyvanat aləmi, ağac cinslərindən fotoplakatlar və 100-dək eksponat nümayiş etdirilir.

Qalib Mehdiyevin sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Biosfer rezervatı”nın yaradılması üzərində iş davam etdirilir. Layihənin məqsədi bu ərazilərdə mövcud olan nadir və nəsli kəsilmə təhlükəsi qarşısında qalan fauna və flora elementlərinin daha effektli qorunub saxlanılmasını təmin etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır