CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ AZƏRBAYCANDA 89 HİV-Ə YOLUXMA FAKTI AŞKARLANMIŞDIR
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2008-ci ilin birinci rübünün yekunlarını əks etdirən hesabata görə, Azərbaycanda 3 ay ərzində 89 yeni HİV-ə yoluxma faktı aşkarlanmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, mərkəzdə qeydiyyata alınmış vətəndaşların əksəriyyəti kişidir. HİV daşıyıcılarından 16 nəfərinin respublikadan kənarda yoluxduğu müəyyənləşdirilmişdir.
Bu dövr ərzində HİV-ə yoluxan Azərbaycan vətəndaşlarının 54,5 faizi 30-39 yaşındadır.
QİÇS-lə Mübarizə Mərkəzinin apardığı yoxlamalar nəticəsində ölkəmizdə ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci ilin birinci rübünədək respublikada 1468 nəfər şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınmışdır. Onlardan 61-i əcnəbidir.
2008-ci ilin birinci rübü ərzində 12 nəfər AİDS-dən dünyasını dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]