“Caspian Development Bank”ın Gəncədə yeni “Çinar” şöbəsi istifadəyə verilib
Bakı, 11 sentyabr, AZƏRTAC
“Caspian Development Bank (CDB)” ASC-nin Gəncə şəhərində yeni “Çinar” şöbəsi açılıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Çinar” şöbəsinın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq icazəsi əsasında həyata keçirilir. Heydər Əliyev prospekti, 60 ünvanında fəaliyyət başlayan “Çinar” şöbəsində fiziki və hüquqi şəxslərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlər və digər xidmətlər təklif olunacaq.
Xatırladaq ki, “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” kommersiya bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]