C.CABBARLI ADINA RESPUBLİKA GƏNCLƏR KİTABXANASI YENİ NƏŞRLƏR ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, kitabxana fondunun zənginləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirən C.Cabbarlı adına Respublika gənclər kitabxanası oxucularının marağına uyğun yeni nəşrlər almışdır.
Oxucuları həmin nəşrlərlə tanış etmək məqsədi ilə 2008-ci il
martın 17-də İctimai-Hüquqi İnfomasiya Mərkəzində yeni kitabların təqdimat mərasimi keçiriləcəkdir. Alınan kitablar arasında oxucuların xüsusi marağına səbəb olmuş Aydın Dadaşovun “Demokratiya və İslam”, R.Azadənin “Mövlana Cəlaləddin Rumi”, “Müasir Azərbaycan ədəbiyyatı” I cild, Murad Adjinin “Avrоpа, türklər, Böyük Səhra”, dünya xalqlarının bayramları seriyasından “Mən dünyanı öyrənirəm”, “Əfsanə və əsatirlərin qızıl kitabı”, Avqust Müllerin “İslam tarixi”, “Ustalar və şah əsərlər” seriyasından “Cottodan Pikassoyadək dünya boyakarlığı”, Antoni Frеzerin “Mariya Antuаnеttа. Həyat yolu”, İ.M.Filştinskinin “Ərəblərin və xilafətin tarixi”, T.İ.Sultanovun “Çingiz xan və çingizilər. Tale və hakimiyyət”, R.S.Atkinsonun “Psixologiyaya giriş”, V.G.Veçkanovun “Fəlsəfə” kitabları artıq əldən-ələ gəzir.
Təqdimat mərasimində yerli nəşrlər, habelə Rusiya Federasiyasının müxtəlif nəşriyyatları tərəfindən buraxılmış qiymətli çap məhsulları nümayiş etdiriləcəkdir.
Tədbirdə mədəniyyət və turizm naziri Ə.Qarayev, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru M.Teymurov, eləcə də KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:05]
Qarabağ atları Avropada yenidən diqqət mərkəzində
- 17.05.2026 [09:33]
Realist ədəbiyyatımızın görkəmli nümayəndəsi – Əbdürrəhim bəy Haqverdiyev
- 16.05.2026 [23:30]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [22:32]
“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib
- 16.05.2026 [21:01]
WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub
- 16.05.2026 [20:39]
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib
- 16.05.2026 [15:06]