Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsinin bu kəndlərində həsirtoxuma sənəti bu gün də yaşadılır VİDEO

Masallı, Astara, 22 iyun, İsmayıl Cəfərli, AZƏRTAC

Minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilikdir. Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət olub. Sonralar bu işlə hərə öz evində məşğul olub. Ölkəmizdə elə bölgələr var ki, hazırda ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Buna Masallının Musaküçə və Astaranın Kakalos kəndlərini misal gətirə bilərik.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənətidir. Burada həm qadınlar, həm də kişilər həsir toxuyur. Xüsusilə Masallı, Lənkəran və Astarada həsir qədimdən əvəzsiz məişət əşyası sayılıb. Masallıda yaşayanlar sadə, Astara və Lənkəranda yaşayanlar isə naxışlı həsirlərə üstünlük verirlər. İndi də cənub bölgəsinin əksər kəndlərində həsirçilik əhalinin əsas məşğuliyyəti hesab olunur. Masallının Musaküçə kəndində yaşayan əksər ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Kənddə 30 ildən çoxdur həsir toxuyan Ağayevlər ailəsi kimi. Bu sənət onlara babasından miras qalıb. İşinin mahir ustası olan Əlibala Ağayev cənub bölgəsinin rütubətli təbiətinə görə həsirə böyük tələbatın olduğunu deyir. Toxuduqları həsirləri paytaxt Bakı və əsasən ətraf rayonlardan gələn müştərilərə satır. Sifarişlər daha çox müxtəlif çeşiddə olan zənbillərə və papaqlaradır. Həsirçi Əlibala Ağayev: “Ata-babadan bu işlə məşğuluq, çörəyimiz həsir, zənbil toxumaqdan çıxır. Həsirdən müxtəlif formada zənbillər toxuyuruq, misal üçün zənbillər var yumru çiyindən asılma. Qapaqlı zənbillər, uşaqlar üçün zənbillər, moruq yığmaq üçün səbətlər. Demək olar ki, bizə necə sifarişlər verirlərsə, biz onu toxuya bilərik”.

Həsirin toxunma mövsümü payız fəslində olsa da sifariş çox olduğundan Musaküçə kəndində bu işlə ilboyu məşğul olurlar. Əlibala Ağayev deyir ki, həsirlərin ölçüsü fərqli olduğu kimi, toxunuşu da zövqə görədir. Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Bu ölçülərə görə də qiymətlər dəyişir: “Dörd metr uzunluğu, 1 metr yarım eni olan həsiri demək olar bir günə toxuyuruq. Hazırda həsirin qiyməti 12 manatdan 15 manat arasındadır. Səbətlərin ən kiçiyinin qiyməti 3 manatdan başlayır”.

Həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür.

Həsirçi müsahibim deyir ki, həsir quru yerdə saxlanılanda çox qalır. Elə həsir var 10 il qalır, nəmişlik olan yerdə isə 2 il qalır.

Masallı rayonunda Musaküçə kəndindən başqa Şatıroba kəndində də həsir toxuyanlar var. Həmçinin Lənkəran və Astara rayonlarının bir neçə kəndində bu ənənə yaşadılır. Rayonun Kakalos kənd sakini Rüfət Rzayev uzun illərdir mədəniyyət sahəsində çalışsa da, kəndlərində məşhur olan həsir toxuma sənəti ilə gənc yaşlarından məşğuldur: “Astara rayonun dilbər guşəsi olan Kakalos kəndində biz bu həsirçiliyi yaşadırıq, çünki bizə bu sənət ata-babalarımızdan qalıb. Bizdə sənəti gələcək nəsillərə ötürmək üçün davamçılarımıza öyrədirik. Həsir müalicəvidir. Bunun ağacında filtr var. Rütubəti qoruyur. Həsirin üstündə yatan sağlam olar. O, rütubəti özündə qoruyur saxlayır”.

Astara rayonunun Kakalos kəndi özünün spesifik həsirləri ilə çox məşhurdur. Həsir hazırlamaq üçün yaz-yay fəslində qamışlıqlara yollanan kəndlilər “pizə” adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfüqi dəzgahda toxuyurlar. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər. 40 ildir həsir toxuyan Rüfət Rzayev deyir ki, bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına səriblər ki, rütubəti özünə çəksin, xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun:” Evləri palçıqla suvayar, qurudub bu həsirdən içinə qoyardılar. Həsirin üstünə isə xalça sərilərdi. Həsir xalçanı qoruyur və qoymur tükü tökülsün. Bir də həsiri dəmir çarpayının üstünə sərib üstünə döşək qoyardılar ki, döşək xarab olmasın”.

Cənub bölgəsi rütubətli olduğundan həsir həm də müdafiə rolu oynayır. Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilir. Bəzi bölgələrdə toylarda xonça əvəzi həsir çantalardan da istifadə olunur. Hətta hədiyyə üçün alanlar da var, gəlib özləri sifariş edirlər, formalarını deyirlər. Əlbəttə ki, bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.

Cənub bölgəsinin bu kəndlərində həsirtoxuma sənəti bu gün də yaşadılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır