CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsindən qaçmış məhkumu MTN-in əməliyyat qrupu yaxalamışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 nömrəli məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun MTCM-dən qaçması barədə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) məlumat daxil olmuşdur.
MTN-in ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilmiş və Faig Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 2011-ci il dekabrın 9-da saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən “Asfar” qapalı futbol kompleksinin ərazisində MTN-in əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanmış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdir.