DÜNYA
Çexiya XİN rəhbəri İraqa silah satışı məsələlərini müzakirə etmək üçün oraya səfər edəcəkdir
Praqa, 9 sentyabr (AZƏRTAC). Çexiyanın xarici işlər naziri Lubomir Zauralyok sentyabrın 15-də İraqa yola düşəcəkdir. Nazir Bağdadda və Erbildə bu ölkəyə döyüş sursatı satışına dair danışıqlar aparacaqdır. Çexiya hökuməti İŞİD islamçılarına qarşı mübarizə aparan kürd milisinə yardım etmək planını dəstəkləyib.
Mürəkkəb şəraitdə çox böyük həcmdə təchizat barədə söhbət gedir. Buna görə də Çexiya diplomatiyasının rəhbəri hərbi yardımı alanlarla şəxsən görüşməyi qərara alıb. Bağdadda mərkəzi hökumətə və kürd muxtariyyətinə Kalaşnikov avtomatları və pulemyotlar üçün milyonlarla patron, habelə əl qumbaraatanları və zirehdeşən mərmilər göndəriləcək. Bu hərbi yardımın dəyəri təxminən 40 milyon krona (1,5 milyon avroya) bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [19:47]
Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər
- 15.06.2024 [17:48]
Finlandiya quş qripinə qarşı vaksin alır
- 15.06.2024 [13:27]
Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib
- 15.06.2024 [08:34]
Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib
- 15.06.2024 [08:15]