ELM VƏ TƏHSİL
Çin şirkəti biləyə taxılan yeni smartfon təqdim edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Çinin “ZTE” şirkəti biləyə taxılan smartfon və “ağıllı” saatın hibridi olan cihaz təqdim edib.
AZƏRTAC “life.ru” saytına istinadən xəbər verir ki, “nubia-α” adlı cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (saatın kəmərinə kamera quraşdırılıb). “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.
Şirkətdən bildirilib ki, “nubia-α” cihazı tam hazırdır və yaxın vaxtlarda bazara çıxarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]