Çində güclü yağışlar 61 nəfərin ölümünə səbəb olub
Pekin, 15 iyun, AZƏRTAC
Çinin müxtəlif bölgələrində iki həftə davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 61-ə, itkin düşənlərin sayı 14-ə çatıb.
AZƏRTAC ölkənin Fövqəladə İdarəetmə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, şiddətli yağışlar əsasən Cıcian, Fucien, Ciansi, Xunan, Quandun və Quycou vilayətlərində, Quansi Cuan muxtar bölgəsində və Çunçin bələdiyyəsi ərazisində ciddi ziyan vurub. Yağışların meydana gətirdiyi sel, daşqın, torpaq sürüşməsi, palçıq axınları minlərlə hektar əkin sahəsini yararsız hala salıb, xeyli ev və bina sıradan çıxıb, kommunikasiya xətlərinə, avtomobil yollarına və körpülərə böyük ziyan dəyib. Yağıntının miqdarı illik normadan bir neçə dəfə yüksək olub.
Ümumi maddi zərər 2 milyard ABŞ dollarına yaxındır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]