DÜNYA
Çində keçmiş nazir müavini 100 milyon dollara yaxın rüşvət almaqda təqsirli bilinir
![Çində keçmiş nazir müavini 100 milyon dollara yaxın rüşvət almaqda təqsirli bilinir](/files/2022/2/1200x630/16572918065508946917_1200x630.jpeg)
Pekin, 8 iyul, AZƏRTAC
Çin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Sun Licünun korrupsiya əməllərinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
AZƏRTAC Çançun şəhər məhkəməsində sabiq məmurun külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayət əməllərinə dair növbəti iclas keçirilib. Dövlət ittihamçıları sabiq nazir müavininin 2001-2020-ci illərdə Şanxay meriyasında və İctimai Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışarkən rüşvət müqabilində ayrı-ayrı şəxslərin biznes fəaliyyəti və işə düzəlmələri üçün qeyri-qanuni dəstək göstərməsinə dair dəlilər təqdim ediblər. Sabiq məmur bu əməllərin əvəzində 647 milyon yuan (təxminən 96,28 milyon ABŞ dolları) rüşvət almaqda ittiham olunur.
Sun Licün yekun sözündə cinayət əməllərini etiraf edib və peşman olduğunu bildirib. Məhkəmə yekun qərarı yaxın günlərdə elan edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin