DÜNYA
Co Bayden “Johnson & Johnson” şirkətindən daha 100 milyon doza vaksin almaq planını elan edib
Vaşinqton, 11 mart, AZƏRTAC
Prezident Co Bayden bildirib ki, onun administrasiyası “Johnson & Johnson” şirkətindən COVID-19 əleyhinə daha 100 milyon doza vaksin almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Bayden Ağ evdə “Johnson & Johnson” şirkətinin baş direktoru Aleks Qorski və “Merck” şirkətinin baş direktoru Ken Freyzer ilə görüşdə bu məsələni müzakirə edib. Prezident bu şirkətlərin kifayət qədər vaksin istehsal edilməsi üçün birgə səylərini yüksək qiymətləndirib. Baydenin sözlərinə görə, ABŞ bu il may ayının sonuna qədər yaşlı amerikalıların hər biri üçün kifayət edəcək qədər sayda koronavirusa qarşı vaksin dozası almaq niyyətindədir.
Bundan əvvəl “Johnson & Johnson” şirkəti ilə ABŞ hökuməti arasında iyun ayının sonuna qədər 100 milyon doza birdəfəlik vaksin tədarük edilməsi barədə saziş imzalanıb. Ötən həftə federal hökumət təqribən 3,9 milyon doza vaksinin paylaşdırılmasını təşkil edib. Bu ayın sonuna qədər daha 16 milyon doza vaksinin paylanması planlaşdırılır.
AZƏRTAC-ın Vaşinqton bürosu