Azərbaycan Dövlət İnformasiya Agentliyi

COVID-19 pandemiyasına qarşı vaksin haqqında ən son məlumatlar

COVID-19 pandemiyasına qarşı vaksin haqqında ən son məlumatlar

Bakı, 7 dekabr, AZƏRTAC

2019-2020-ci illərdə bütün dünya SARS-CoV-2 koronavirusunun səbəb olduğu yeni yoluxucu xəstəlik olan COVID-19 ilə qarşılaşdı. 2019-cu il dekabrın sonlarında Çin hökuməti Uxan şəhərində SARS-Cov-2 virusunun səbəb olduğu pnevmoniya barədə elan verdi və ehtimal olunur ki, virusun bütün dünyaya yayılması elə buradan başlayıb. Azərbaycanda ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alınıb. Artıq 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST ) COVID-19-a pandemiya statusu verdi. 2020-ci il dekabrın əvvəllərində bütün dünyada COVID-19 ilə xəstələnmiş insanların sayı 65 milyonu keçib.

2019-cu ilin sonlarından etibarən sürətlə yayılan SARS-CoV-2 virusu əksər ölkələrin iqtisadiyyatında və səhiyyəsində itkilərin baş verməsinə səbəb oldu. Təcrid, qadağa, qoruyucu və digər tədbirlərin müəyyən dərəcədə təsiri olsa da virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olmadı. Koronavirusla xəstələnmə məsələsinin kardinal pozitiv həll edilməsi üçün kollektiv immunitetin yaranması vacibdir. Populyasiya səviyyəsində immunitetin formalaşması ya kütləvi vaksinasiya, ya da əhalinin ən azı 40-60 faizinin koronavirusla yoluxduğu kütləvi xəstələnmə halında mümkündür. Lakin kollektiv immunitetin formalaşması üçün uzun müddət lazımdır, ona görə ki, virus çox kontagiozdur və çox sürətlə mutasiya olunur. Bugünkü yaranmış epidemioloji vəziyyətdə COVID-19 ilə mübarizədə ən effektli üsul vaksinasiyadır.

Lakin, vaksinin yaradılması ancaq başlanğıcdır və bu zaman əsas onun uğurlu tətbiq edilməsidir. Vaksinin yüksək effektivliyi 80-90 faizdir. Heç bir vaksin 100 faizli mütləq nəticəyə zəmanət vermir. Vaksinə qoyulan tələblər yalnız onun effektivliyini deyil, həm də maksimum təhlükəsizliyini təmin etməlidir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor

Lalə Allahverdiyevanın analitik yazısında deyilir.

Müəllif yazır: “Bu məqaləni yazarkən biblioqrafik, informasiya-analitik tədqiqat üsullarından və kontent-analizdən istifadə etdik. Elmi ədəbiyyatlarda və kütləvi informasiya vasitələrində verilmiş məlumatlardan da əsas kimi istifadə edildi. Bu gün də bu mövzu üzrə müasir elmi mənbələr çox azdır və təqdim olunan mövzu hamı üçün yenidir.

Bir çox dövlətlər ləngimədən uyğun vaksinin yaradılmasına başladı. Koronavirus vaksininin hazırlanması Qərbi Avropa, Rusiya, ABŞ, Çin, Yaponiya və bir çox digər ölkələrdə aparılır. Dünyada təxminən 35 laboratoriya koronavirus əleyhinə vaksin hazırlamağa çalışır. Hazırlanmış vaksin ümumbəşəri mülkə çevrilməlidir və geosiyasi təsirlər olmadan, şəxsi mənafe güdülmədən, insanların faciəsindən gəlir əldə etmək cəhdləri olmadan hər kəs üçün əlçatan olmalıdır. Müasir şəraitdə, hər hansı bir ölkədə infeksiyanı tək məğlub etməyə çalışmaq və “hər kəs özü üçün” prinsipi ilə hərəkət etmək səhv olardı. Yalnız ümumi səy nəticəsində bu problemi həll etmək mümkündür.

2020-ci il mayın 7-də italiyalı alimlər dünyada koronavirusu məğlub etməyə qadir olacaq ilk vaksinin yaradılması haqqında elan verdilər. Vaksinin hazırlanmasını “PakisBiotech” şirkəti apardı. Bu tədqiqatçılar tərəfindən siçanlar üzərində klinikayaqədər sınaqlar aparılıb, lakin könüllülər üzərində sınaqların aparılması təxirə salınıb və bu tədqiqatların nəticələri çap edilməyib.

ABŞ-da ilk dəfə klinik sınaqlara 2020-ci il martın 16-da “Moderna” şirkəti “Kaiser Permanente Washington Health Research Institute” tədqiqat mərkəzində başlayıb. Tədqiqat çərçivəsində preparat bir ay interval ilə iki dozada 18-45 yaşarası olan 45 könüllüyə verilib. Yuxarıda göstərilən şirkətdən başqa, ABŞ-da daha bir neçə firma COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işləyir.

Avropa İttifaqında vaksinin əsas istehsalçıları iki alman bioəczaçılıq şirkətləri “BioNTech” və “CureVac” şirkətləridir. Milliyyətcə türk olan Uğur Şahin və Özləm Türeci cütlüyü tərəfindən qurulmuş “BioNTech” şirkəti, vaksini Amerikanın əczaçılıq şirkəti olan “Pfizer” ilə birgə hazırlayır. “CureVac” şirkəti vaksini biotibbi preparatların istehsalında ixtisaslaşmış “Paul Erlix” federal institutu ilə birgə hazırlayır.

Vaksinin hazırlanması fəal şəkildə Böyük Britaniya, Çin və Rusiya tərəfindən aparılır. Beləliklə, Çin, ABŞ və Rusiya arasında vaksinin istehsalında birincilik uğrunda necə rəqabət getdiyini müşahidə edə bilərik.

Vaksinlər immunobioloji preparatlar qrupuna aid olub orqanizmi konkret antigenə qarşı qazanılmış immunitet ilə təmin edir. Bir vaksini hazırlayan zaman onun komponentlərini müəyyənləşdirmək vacibdir. Bu zaman aşağıdakı komponentlərdən istifadə etmək mümkündür:

- zəiflədilmiş (canlı virusların təhlükəsiz ştammları);

- inaktivasiyaedilmiş (ölü ştammlar);

- rekombinant (törədici olmadan).

Bu mərhələnin nəticəsində “namizəd” adlandırılan preparat əmələ gəlir.

“Namizəd” preparatın tədqiqinin növbəti mərhələsi klinikayaqədər və klinik mərhələlərə bölünür. Birinci mərhələ həm canlı orqanizmdən kənarda, həm də heyvanlar üzərində aparılır. Yalnız vaksinin immunogenliyi, təhlükəsizliyi və effektivliyinə görə inandırıcı nəticələr əldə etdikdən sonra tədqiqatın sağlam könüllülər üzərində aparılan klinik mərhələsinə keçmək olar.

İnsanlar üzərindəki tədqiqat da üç fazaya ayrılır: təhlükəsizliyin yoxlanılması, dozanın seçilməsi və effektivliyin öyrənilməsi. Təsirin effektivlik dərəcəsini müəyyən etmək üçün könüllü olaraq vaksinasiyadan keçmiş və vaksinasiyadan keçməmiş qruplar arasındakı nəticələri müqayisə etmək lazımdır.

Tədqiqatın preparatın qeydiyyatı aparılandan sonra həyata keçirildiyi dördüncü fazası da var. Bu faza qeydiyyatdan sonrakı tədqiqatlar adlanır və peyvəndin gələcəkdə istifadəsinin optimizasiyası üçün vacibdir.

Hazırda koronavirus əleyhinə 31 vaksin istehsalçısı klinik sınaqlara başlayıb. Söhbət insanlar üzərində peyvəndin sınağına başlamış şirkətlərdən gedir. ÜST bu işin tənzimlənməsində iştirak edir. Daha 142 şirkət vaksinin klinikayaqədər tədqiqatlar mərhələsindədir, yəni onun insanlar üzərində sınaqlarının aparılmasına keçməyib.

Bəs hansı vaksinlər artıq daha yüksək uğura nail olub? Altı vaksin daha yüksək uğura, yəni klinik tədqiqatların üçüncü mərhələsinə keçməyi bacarıb. Bu Oksford Universiteti və “AstraZeneca” vaksini, üç Çin şirkətinin istehsalı olan vaksin, ABŞ-ın “Moderna” şirkətinin vaksini və Almaniya ilə Amerika istehsalçılarının - “BioNTech” / “Pfizer” birgə vaksinidir.

Lakin, 2020-ci il noyabrın sonlarında “AstraZeneca” şirkəti tərəfindən COVID-19 əleyhinə olan vaksinin klinik sınaqları dayandırılıb. Oksford vaksininin klinik tədqiqatlarının gedişi zamanı dozalanmada səhvlər buraxılıb. 2020-ci il oktyabrın ortalarında ABŞ əczaçılıq korporasiyası olan “Johnson&Johnson” da tədqiqat iştirakçılarından birində naməlum xəstəliyin olması səbəbindən öz vaksininin sınaqlarını dayandırdığını elan edib.

Bu, Böyük Britaniya və Avropa İttifaqında gələcəkdəki kütləvi vaksinasiyanı əhəmiyyətli dərəcədə ləngidə, həmçinin Rusiya vaksini olan “Sputnik V”nin Asiya, Afrika və Latın Amerikası bazarlarındakı rəqabətdə üstünlüyünü möhkəmləndirə bilər.

Qeyd etmək lazımdır ki, “Sputnik V” vaksininin effektivliyi 95 faiz təşkil edir və ÜST onu təcili hallarda istifadə etməyi tövsiyə edir. 2021-ci ildə bu vaksinin Hindistanda ildə 100 milyon dozada olmaqla istehsal edilməsinin başlanılması planlaşdırılır.

2020-ci ilin noyabrın 18-də “Pfizer” və “BioNTech” şirkətləri, BNT162b2 adını almış Amerika - Alman müştərək vaksininin final mərhələsində aparılan sınaqlar zamanı effektivliyinin 95 faiz təşkil etdiyini elan ediblər. Bu şirkətlər vaksinin təcili tətbiqinə icazənin alınması üçün də müraciət ediblər. “BioNTech” şirkəti reliz yayımladı və orada qeyd edilir ki, vaksinin meydana gəlməsi bir çox faktor və risklərdən və hər şeydən əvvəl tənzimləyici qurumların yaşıl işıq yandırmaları və vaksinin kütləvi tətbiqinə icazə verməsindən asılıdır. ABŞ-ın Qida Maddələrinin və Dərmanların İstifadəsinə Nəzarət qurumu (FDA) bu vaksini indiyə qədər təsdiqləməyib və onun təqribi qeydiyyata alınma vaxtını açıqlamayıb. Buna baxmayaraq, Amerikanın “UnitedAirlines” aviaşirkəti çarter reysləri həyata keçirərək vaksini müxtəlif ölkələrdə yerləşən və tez bir zamanda onun paylanması üçün nəzərdə tutulan xüsusi anbarlara çatdırmağa başladı. “Pfizer”/”BioNTech” vaksini 75 dərəcə C-də xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması ilə təmin edilməlidir.

Çin və Rusiyada klinik tədqiqatlar mərhələsinin başa çatmasını gözləmədən vaksini tətbiq etməyi qərara aldılar. Bu ölkələrdə peyvəndi koronavirusla yoluxmaya görə daha yüksək risk qrupunda olan şəxslərə tətbiq edirlər və ya edəcəklər. Bununla bərabər, hər iki ölkə onların vaksinlərinin əlavə təsirlərinin olmadığını iddia edirlər.

Böyük Britaniyada “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış preparatla məhz tibbi personalın vaksinasiyası üzrə kampaniyanın 2020-ci ilin dekabrından başlanması planlaşdırılır.

Bəs Azərbaycanda koronavirus əleyhinə vaksin nə vaxt tətbiq ediləcək?

Koronavirus əleyhinə vaksinin Azərbaycanda tətbiq edilməsi yaxın zamanlarda gözlənilmir. Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) koronavirus əleyhinə vaksin bütün tələblərə cavab verən və ÜST tərəfindən təsdiqlənən kimi tez bir zamanda alınması barədə vaksinasiya və immunizasiya üzrə qlobal alyansla (GAVI) müqavilə imzalayıb. Pandemiyanın ikinci dalğası fonunda COVID-19 əleyhinə olan vaksin haqqında çoxlu “fake news” və yalan məlumatlar ortaya çıxdı. Koronavirus pandemiyanın qarşısının alınması və vaksin, xüsusən də vaksini 2020-ci ilin sonunda yaranması haqqında çox sayda yalan məlumatlar sosial şəbəkələrdə feyk hesablar vasitəsilə yayılır.

Vaksinasiya əleyhdarları hərəkatı həkimlərin əhalini vaksinasiya etməsinə mane olmağa çalışırlar. Vaksinasiya əleyhdarları hərəkatı meynstrimə çevrilir. Koronavirus əleyhinə vaksinasiyanın bir çox əleyhdarları əmindirlər ki, hazırda Avropada sınaqdan keçirilən “BioNTech”/”Pfizer” vaksini insan DNT-sinə təsir edəcək və genin mutasiyasına səbəb olacaq. Əslində isə, bu vaksinasiya əleyhdarlarının inamsızlıq və qarışıqlıq yaratmaq məqsədilə yaydıqları mifdir. Vaksinasiya əleyhdarları aktiv şəkildə sosial şəbəkələrdə təşviqat aparırlar və daha çox sayda insanları inandırmaq üçün müxtəlif arqumentlər irəli sürürlər.

Beləliklə, infeksion xəstəliklərin qarşısının alınması, lokalizasiyası və aradan qaldırılması ilə mübarizədə vacib, indi isə həm də həlledici vasitə vaksinasiyadır. 2020-ci ildə bütün dünyada COVID-19-un immunoprofilaktikası üçün yerli və ola bilsin ki, beynəlxalq vaksinlərin aktiv hazırlanması gedir.

Vaksinin kim tərəfindən hazırlanmasından asılı olmayaraq, o bütün bəşəriyyətə xidmət etməlidir. Bu laboratoriyalar arasındakı yarış deyil, insanlığın ölümcül virusla mübarizəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər