DANİEL FEYTA: “AZƏRBAYCAN ABŞ-IN STRATEJİ TƏRƏFDAŞIDIR”
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 16-da nazir, general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri Daniel Feyta ilə görüşmüşdür.
Müdafiə naziri son illər Azərbaycan ilə Avropa ölkələri və ABŞ arasında ikitərəfli əlaqələrin daha da geniş vüsət aldığını qeyd etmişdir. Avratlantik məkana inteqrasiyanın xüsusi önəm daşıdığını bildirən nazir hərbi sahədə də əlaqələrin qurulması və inkişaf etdirilməsində nəzərəçarpacaq nəticələrin əldə edildiyini, hazırda Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində uğurlu işlərin həyata keçirildiyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev həmçinin qonağın diqqətinə çatdırmışdır ki, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həllinin gecikdirilməsi bölgədəki mövcud vəziyyəti gərginləşdirməklə yanaşı, gələcəkdə arzuolunmaz hallara gətirib çıxara bilər.
Daniel Feyta Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları müsbət qiymətləndirmiş, qlobal terrorizmə qarşı mübarizədə və sülhməramlı əməliyyatlarda fəal iştirak edən Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]