Dekabrda OPEC üzrə hasilat azalıb
Bakı, 17 yanvar, AZƏRTAC
Dekabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC üzrə neft hasilatı dekabrda noyabr ayı ilə müqayisədə 751 min barrel azalaraq sutkada 31 milyon 580 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə əvvəlki aya görə 0,6 faiz düşərək 31,6 faiz təşkil edib.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Küveyt və Qabon artırıb. Sutkalıq neft hasilatı İraqda 88 min barrel çoxalaraq 4 milyon 714 min barrelə çatıb. Küveytdə gündəlik istehsal 29 min barrel artaraq 2 milyon 800 min barrel, Qabonda isə 26 min barrel çoxalaraq 197 min barrel olub.
Dekabrda OPEC-ə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Liviya və İranda azalıb. Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 486 min barrel azalaraq 10 milyon 553 min barrelə düşüb. Liviyanın hasilatı 172 min barrel geriləyərək sutkada 928 min barrel təşkil edib. İranda isə istehsal 159 min barrel azalaraq 2 milyon 769 min barrelə düşüb.
Keçən ay dünyada fəaliyyətə başlayan neft qazma qurğularının sayı 2 min 401 olub və onların 565-i OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]