CƏMİYYƏT
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
![DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub](/files/2022/2/1200x630/16573493252058935498_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 8-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 23-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [19:13]
"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb
- 03.07.2024 [18:41]
Ötən ay 23 aptekdə yoxlama aparılıb
- 03.07.2024 [18:41]
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
- 03.07.2024 [18:37]
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb
- 03.07.2024 [18:11]