CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşlarla görüşmüşdür
![Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşlarla görüşmüşdür](/files/2013/1/1200x630/14071446001060356227_1200x630.jpg)
Quba, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Qubada vətəndaşlarla görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, görüşə Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılmışlar.
DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləmiş, təkliflər barəsində birgə fikir mübadiləsi aparılmışdır.
Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparmışlar.
Görüşdə vətəndaşlardan 20-yə yaxın şikayət daxil olduğunu bildirən DQİDK-nın sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll ediləcəyini bildirmişdir. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirmişdir.
Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilmişdir. Həmçinin, yaxın bir ay ərzində Qubada din xadimlərinin iştirakı ilə regional konfransın keçirilməsi də qərara alınmışdır.