SİYASƏT
Diplomat olması ehtimal edilən şəxslərin internetdə yerləşdirilmiş telefon söhbətlərinin məzmunu Litvanın mövqeyinə uyğun deyildir
Vilnüs, 6 avqust (AZƏRTAC). Litvalı diplomatlar olması ehtimal edilən şəxslərin İnternetdə yerləşdirilmiş telefon söhbətlərinin məzmunu Litvanın mövqeyinə uyğun deyildir.
Litva Seyminin deputatı, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yuras Pojela bu barədə öz fikrini sosial şəbəkədə yazmışdır.
Deputat qeyd edir ki, ölkənin nümayəndələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ barəsində beynəlxalq hüquq normalarını şübhə altına almamalıdırlar.
Litva parlamentinin üzvü demişdir: “Mən səmimi qəlbdən ümid edirəm ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələr bunu başa düşürlər və bu cür təhrikçi hərəkətlər bizim yaxşı münasibətlərimizə təsir göstərməyəcəkdir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs