Donald Tramp Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib
Vaşinqton, 6 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.
Ağ ev tərəfindən yayılan təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib. Deyib ki, Ramazan ayı boyunca müsəlmanlar şəfəqdən gecəyə qədər oruc saxlayır, Qurandan surələr oxuyur və başqa insanlara qarşı xeyirxah əməllər edirlər.
Tramp insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melania Trampın da təbriklərə qoşulduğunu bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]