Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DÖVLƏT KOMİSSİYASI ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİYİ MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏTLƏRİ DÜNYAYA YAYIR

Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqədar informasiya mübarizəsində daim hücumda olmaq tövsiyəsinə uyğun olaraq, Ermənistan Respublikasının ölkəmizə qarşı yeritdiyi ilhaqçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi faciələr barədə obyektiv beynəlxalq ictimai fikrin formalaşdırılması, həqiqətlərin dünyaya çatdırılması istiqamətində təbliğat işi daha da gücləndirilmişdir. İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır, Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması sahəsində hücum və ardıcıllıq taktikası üzrə uzun müddətə hesablanmış kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirmişlər ki, qurum əsir və itkin soydaşlarımızın taleyini araşdırmaqla yanaşı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi misli görünməmiş cinayətlər, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də bu problemin tarixi, ayrı-ayrı vaxtlarda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti ilə bağlı faktlar, erməni terrorçularının əsirlikdə saxlanılan azərbaycanlılara verdikləri işgəncələr haqqında kitablar, broşürlər çap etdirir, sənədli video-foto materiallar hazırlayır, onların müxtəlif dillərdə dünyanın bir çox ölkələrində yayılmasını təşkil edir. Eyni zamanda, münaqişənin tarixi və hüquqi aspektləri haqqında kitab və disklərin Azərbaycan Respublikasının dövlət strukturlarına və xaricdəki səfirliklərinə, diaspor təşkilatlarına, tərəfdaş dövlətlərə, tanınmış alim və ictimai-siyasi xadimlərə, konfliktoloqlara göndərilməsi prosesi davam etdirilir.

Bundan başqa, ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq Komissiyanın fəaliyyəti barədə məlumatlar yayılmış, görülmüş işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırımI, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir. İnternet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılmış, müvafiq materiallar, o cümlədən video və fotofaktlar göndərilmişdir.

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayəti barədə həqiqətlərin çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası çərçivəsində Dövlət Komissiyası Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində bu ölkələrdəki Azərbaycan səfirlikləri ilə birgə silsilə tədbirlər keçirmişdir.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə keçirdikləri tədbirdə Azərbaycan icmasının nümayəndələri, bu ölkədə akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləriı, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, xarici vətəndaşlar iştirak etmişlər. Səfir Eldar Səlimov ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırmışdır. Sonra Qətərdə ən böyük icma olan Pakistan diasporunun rəhbəri, siyasi tədqiqatçı və yazıçı-publisist Əşrəf Sədiqi çıxış edərək, dost və qardaş Azərbaycan xalqının yaşadığı faciələrdən üzüldüklərini və dövlətinin daim ölkəmizin yanında olduğunu xüsusi qeyd etmişdir.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər materiallar təqdim olunmuşdur.

Dohada keçirilən tədbirlər çərçivəsində Azərbaycan səfirliyinin köməyi ilə Dövlət Komissiyasının nümayəndə heyəti Qətər Mədəniyyət və İrs Nazirliyinin İctimai Kitabxanalar Departamentinin direktoru Abdulla Naser Alansari ilə görüşmüşdür. Nümayəndə heyəti ən qədim əlyazması 7-ci əsrə aid olan Qətər Mərkəzi Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olmuş və buranın qiraət fonduna daxil edilməsi üçün quruma Azərbaycan Respublikası haqqında çoxlu kitablar hədiyyə etmişdir.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi və Dövlət Komissiyası birgə sərgi və təqdimat mərasimi təşkil etmişlər. Tədbirdə Küveytin dövlət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, aparıcı universitetlərinin müəllim-professor heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və jurnalistlər iştirak etmişlər.

Səfir Şahin Abdullayev Ermənistanın təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, “Xocalıya ədalət” kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirmişdir.

Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxışında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər və mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermiş, ölkəmizin hüquq mühafizə orqanlarının əməliyyat-istintaq materialları əsasında Xocalı faciəsini törədən konkret şəxslər və onların cinayət əməlləri, öldürülmüş, işgəncələrə məruz qalmış, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları barədə faktları təqdim etmişdir.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər əyani vasitələr, “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi nümayiş etdirilmişdir. Tədbir Küveytin “Kuwait I” və “Əl-Vətən” telekanalları, “Əl-Ray”, “Ən-Nahar”, “Al-Qabas” və “Arab Times” qəzetləri tərəfindən geniş işıqlandırılmışdır.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Dövlət Komissiyası ilə birgə anma mərasimi təşkil etmişdir. Tədbirdə ictimai xadimlər, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan icmasının üzvləri və yerli nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Səfir Elxan Qəhrəmanov Ermənistanın yeritdiyi işğalçılıq siyasəti, soydaşlarımıza qarşı törədilmiş terrorçuluq əməlləri və Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxışında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər və mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermişdir.

Tədbir iştirakçılarına erməni qəsbkarlığının fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər əyani vasitələr nümayiş etdirilmiş, Xocalı faciəsi barədə fotosərgi təşkil olunmuşdur. Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif kütləvi informasiya vasitələrinin, o cümlədən tanınmış “The National”, “Aviamost”, “Awraq Publishing” və s. qəzet və jurnallarının nümayəndələri iştirak etmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb