İQTİSADİYYAT
Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinin 45 illiyi qeyd olunmuşdur
Bakı, 3 sentyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) fəaliyyətinin 45 illiyi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə idarənin rəisi Əflatun Məmmədov DRİ-nin yaranma tarixindən və ötən müddətdə görülmüş işlərdən söz açmışdır.
Bildirilmişdir ki, DRİ respublika üzrə bütün müəssisə və təşkilatlara mülki məqsədlər üçün Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) tərəfindən ayrılmış radiotezliklərin qeydiyyatını və radioelektron vasitələrinin istismarına nəzarəti təmin edir. Hazırda Bakıda 3 efirə radionəzarət məntəqələri fəaliyyət göstərir. Bundan əlavə, 5 regional və 4 köməkçi məntəqələri də vardır. Mehdiabad və Yeni Günəşli qəsəbələrində isə yeni məntəqələr tikilmişdir.
Sonda fəaliyyətində fərqlənən işçilərə “Rabitə ustası” adı, fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.