Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib
Bakı, 19 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) “SOCAR”ın N.Nərimanov adına NQÇİ-nin “Daşgil” neft yığma məntəqəsində “Çənlərdə neft və neft məhsullarında baş vermiş yanğının söndürülməsi” mövzusunda yanğın-taktiki təlimi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyevin rəhbərliyi ilə təşkil edilən təlimin keçirilməsində məqsəd şəxsi heyətin taktiki hazırlıq səviyyəsinin daha da yüksəldilməsi olub.
Tədbirə Bakının Binəqədi, Səbail, Qaradağ rayonlarında və Şirvan şəhərində yerləşən yanğından mühafizə qurumları, həmçinin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 48, 49, 50, 56 saylı yanğından mühafizə hissələri cəlb olunub.
Yanğın-taktiki təlim müəyyənləşdirilmiş plan üzrə həyata keçirilib, döyüş tapşırıqları icra olunaraq şərti yanğın söndürülüb.