DÜNYA ŞÖHRƏTLİ ALİM AZƏRBAYCANIN MİLLİ PEYK BURAXMASI TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏYİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin professoru Roald Saqdeyevlə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, R.Saqdeyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndirmişdir. Akademik dünyada peyk texnologiyalarının vəziyyəti və perspektivləri mövzusuna toxunmuş, Azərbaycanın milli peyk buraxmaq təşəbbüsünü və bu istiqamətdə həyata keçirilən tədbirləri bəyəndiyini bildirmişdir.
R.Saqdeyev hələ1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bu məsələyə xüsusi diqqət yetirdiyini, azərbaycanlı gənc mütəxəssislərin ABŞ-da təcrübə keçməsinin vacibliyini söyləmiş və bu işlərə yardım göstərməyə daim hazır olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]