DÜNYADA MEKSİKA KÖRFƏZİNƏ DAĞILMIŞ NEFTİ TƏMİZLƏMƏK ÜÇÜN TÜK YIĞILIR
Bakı, 11 may (AZƏRTAC). Bütün dünyada bərbərlər, habelə heyvan bərbərxanaları Meksika körfəzinə dağılmış nefti yığmaq üçün tük təhvil verirlər.
Xarici KİV-lər xəbər verir ki, tük neylon kolqotlara yığılır və onlardan Luiziana ştatı sahillərində partlamış neft quyusundan dağılan nefti yığmaq üçün basma kağız kimi istifadə olunur.
Tük yığımını təşkil etmiş “Matter of Trust” xeyriyyə təşkilatının nümayəndəsi bildirmişdir ki, kampaniyada dünyanın 370 min bərbərxanası iştirak edir. Hər gün məntəqələrə 200 tondan çox tük təhvil verilir.
Tük yağlı maddələri, xüsusilə nefti özünə yaxşı çəkir. Hadisə yerinin yaxınlığında könüllülər 15 anbarda insan və heyvan tüklərini kolqotlara doldururlar. Onlardan bonlar kimi istifadə olunacaqdır. Bonlar sahil boyunca ləpədöyənə yığılan nefti özünə hopduracaqdır.