CƏMİYYƏT
DYP: Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması sahəsində profilaktiki tədbirlər keçirilib
![DYP: Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması sahəsində profilaktiki tədbirlər keçirilib](/files/2022/2/1200x630/16572922143644232081_1200x630.jpeg)
Bakı, 8 iyul, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsi sahəsində profilaktiki tədbirlər davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb olunub.
Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.