ƏFQANISTANIN MÜVƏQQƏTİ HÖKUMƏTİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KARZAİYƏ
Hörmətli Həmid Karzai,
Əfqanıstanın şimalında Baqlan və Qunduz əyalətlərində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2002-ci il