ƏGƏR 115 İL ÖMÜR SÜRMƏK İSTƏYİRSİNİZSƏ....
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyada ən ahıl xanım olan Edna Parker 115-ci doğum gününü qeyd etmişdir. Alimlər ümid edirlər ki, Edna nənə və yaşı yüzü ötmüş digər nənə və babalar, nəhayət ki, uzunömürlü olmağın sirrini açmağı kömək edəcəklər.
Edna nənənin 59 yaşlı nəvəsi Don Parker demişdir: “Biz bunun səbəbini bilmirik. Bu, bəlkə də onun heç vaxt əsəbiləşməməsindən, özünü yaxşı formada saxlamasından, qamətini dik tutmasından irəli gəlir”.
Boston Universitetində uzunömürlülük fenomeni ilə məşğul olan tədqiqatçılar iki il əvvəl Edna nənədən xüsusi məlumat bazası üçün qan analizi götürmüşlər. Həmin məlumat bazasında 110 yaşı ötmüş uzunömürlülərin DNT-si haqqında məlumat vardır. Uzunömürlülüyün səbəblərini aydınlaşdırmaq üçün onların genləri tədqiq olunur.
ABŞ-ın Kaliforniya ştatında yerləşən Herontoloji Tədqiqat Mərkəzinin məlumatına görə, dünyada yaşı 110-dan yuxarı olan cəmi 64 qadın və 11 kişi vardır. 1893-cü il aprelin 28-də doğulmuş Edna Parker ondan cəmi bir neçə ay böyük olan yapon xanım ötən ilin avqustunda vəfat etdikdən sonra dünyanın ən ahıl qadını sayılmışdır.
Alimlər uzunömürlü qadınlarda eyni genetik mutasiya aşkar etmişlər. Bu mutasiyalar, heç şübhəsiz, qocalma prosesinin ləngiməsində və orqanizmin qocalıqla bağlı xəstəliklərə müqavimət göstərməyində böyük rol oynaya bilər. Alimlərin fikrincə, uzunömürlülüyün sirri genetik amillər, həmçinin insanın həyat tərzi ilə bağlanır. Stresə qarşı davamlı olmaq, fikri ayrı səmtə yönəltmək qabiliyyəti burada heç də sonuncu rol oynamır.
Tədqiqatın nəticələri bu gün qətiyyətlə deməyə imkan verir: uzunömürlülər əsəbiləşmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Binədə mağazada yanğın baş verib
- [13:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
- 05.06.2026 [18:50]
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan
- 05.06.2026 [18:44]