İQTİSADİYYAT
Ekologiya üzrə Texniki Komitənin (TK 09) iclası keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən yaradılmış Ekologiya üzrə Texniki Komitənin (TK 09) iclası keçirilmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda TK-nın sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək, ötən il TK tərəfindən görülmüş işlər haqqında məlumat vermişdir.
2010-cu ildə Texniki Komitə tərəfindən hazırlanmış normativ sənədlərin layihələri ilə bağlı müzakirələr aparılmışdır. Bildirilmişdir ki, TK-nın alt komitələrinin hazırladıqları standart və metodiki təlimatların layihələri beynəlxalq standartlar əsasında hazırlanmış və Azərbaycanda tətbiqi zəruridir.
İclasın sonunda Ekologiya üzrə Texniki Komitənin 2010-cu il ərzində fəaliyyəti ilə bağlı hesabat və cari ilin iş planı təsdiqlənmişdir.
Bundan başqa, TK-nın alt komitələrinin hazırladıqları standart və təlimat layihələrinin yekun variantları təsdiq olunmuş və dövlət qeydiyyatına alınması üçün SMPDK-ya təqdim edilməsi ilə bağlı qərar qəbul edilmişdir.