Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Gümüşün qiymətində kəskin artım spekulyativ xarakter daşıyıb

Bakı, 5 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Birja məlumatlarına əsasən, cümə axşamı gümüşün qiyməti 16,6 faiz azalaraq minimum həddə — 73,5 dollara enib. Səhər saatlarında qiymətin azalması tempi 8,9 faizə qədər zəifləyib və gümüş 80,35 dollar səviyyəsində olub. Çikaqo Əmtəə Birjasında mart ayı üzrə tədarüklə bağlı qiymətli metal fyuçersləri 80,3 dollara (-4,9%) bərabər olub. Bu eniş gümüşün qiymətində son iki gündə müşahidə olunan bərpanı tam şəkildə neytrallaşdırıb.

Qızılın qiymətində də azalma qeydə alınır, lakin proses o qədər də sürətli deyil. Minimum səviyyədə qiymətli metalın spot dəyəri 3,5 faiz ucuzlaşaraq 4790,1 dollara enib, sonradan azalma 1 faizə qədər zəifləyib və qızıl 4917 dollar səviyyəsində qərarlaşıb. Aprel ayı üzrə tədarüklə bağlı qızıl fyuçersləri 4 940,6 dollara (-0,2%) bərabər olub.

Yanvar ayında qiymətli metallar tarixi rekordları yeniləsə də, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri postuna namizədin elan edilməsindən sonra qiymətlər kəskin şəkildə düşüb.

Qərb ekspertləri nə deyir

“Oversea-Chinese Banking Corp” şirkətinin strateqi Kristofer Vonq qeyd edir ki, regional səhmlər və metallar da daxil olmaqla, demək olar ki, bütün aktiv siniflər üzrə bazarın “əhvali-ruhiyyəsi” zəif olaraq qalır. Onun sözlərinə görə, bazarın həcminin daha kiçik və likvidliyin aşağı olması səbəbindən gümüş ənənəvi olaraq qızıldan daha dəyişkəndir. Bu metal üzrə kotirovkaların hərəkəti spekulyativ vəsait axınları və birjadan kənar bazarda aktivliyin nisbətən zəif olması ilə daha da güclənir.

“Bloomberg” agentliyinin strateqi Mark Krenfild bildirir ki, treyderlər gümüşün qiymətində son günlərin minimumu olan 71 dollardan bir qədər yuxarı səviyyəni diqqətlə izləyəcəklər. O xatırladıb ki, dekabr ayından bəri gümüş 60 dollardan aşağı düşməyib və qiymətlər bu həddə yaxınlaşarsa, investorların digər aktivlərə üstünlük verməsi riski arta bilər.

Analitiklər hesab edirlər ki, qiymətli metallar bazarındakı korreksiya müvəqqətidir və onları daha uzunmüddətli fundamental amillər dəstəkləyir. “JPMorgan” qızılın qiymətinin 2026-cı ilin sonunadək bir unsiya üçün 6300 dollara, “Deutsche Bank” isə 6000 dollara yüksələcəyini proqnozlaşdırır.

Azərbaycanlı iqtisadçının mövqeyi

Gümüşün qiymətində 2025-ci ildə və 2026-cı ilin əvvəlində müşahidə olunan kəskin artım dayanıqlı fundamental əsaslara söykənmirdi və daha çox pərakəndə investorların spekulyativ fəallığı ilə şərtlənmişdi.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli danışıb.

Onun sözlərinə görə, təxminən bir il əvvəl gümüş bir unsiya üçün 30 dollar səviyyəsində ticarət olunurdu. Lakin 2025-ci ildə bazarda qiymətlərin sürətlə, demək olar ki, iki dəfə artması müşahidə edildi. 2026-cı ilin yanvarından etibarən isə qısa müddət ərzində gümüşün dəyəri yenidən ikiqat artaraq 60 dollardan 120 dollara yüksəldi və tarixi maksimumlara çatdı.

“Belə kəskin artım fundamental iqtisadi amillərlə dəstəklənmirdi. Nə sənaye tərəfindən tələb, nə də qızıl bazarındakı dinamika bir il ərzində gümüşün qiymətinin dörd dəfə artmasına əsas verirdi. Gümüş ənənəvi olaraq qızılla korrelyasiyada hərəkət edir, belə ki, qızıl bahalaşdıqda, müəyyən gecikmə ilə gümüşün də qiyməti qalxır. Bununla yanaşı, gümüşün sənaye əhəmiyyəti də var və metalın sənayedə mümkün çatışmazlığı ilə bağlı xəbərlər bazarı əlavə qızışdırıb. Lakin sənaye tələbinin real artımı qiymətlərin yüksəliş miqyasına uyğun gəlmirdi. Pərakəndə investorların spekulyativ aktivliyi də mühüm rol oynayıb, bazarda əsl ajiotaj yaranmışdı. Belə ki, bir çox investor qiymətlərin daha da artacağını gözləyərək gümüş alırdı ki, bu da bahalaşmanı daha da sürətləndirirdi. Ancaq belə artım davamlı ola bilməzdi. Ötən həftədən etibarən bazarda korreksiya başlayıb ki, bu da qiymətlərin kəskin yüksəlişindən sonra normal prosesdir. Sonuncu dəfə müşahidə edilmiş enişə baxmayaraq, hazırkı qiymətlər hələ də ötən ilin analoji dövrü ilə müqayisədə 2–2,5 dəfə yüksəkdir”, - deyə Xalid Kazımlı vurğulayıb.

Ekspert korreksiyanı xarici amillərlə də, xüsusilə Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri postuna Kevin Uorşun namizədliyini irəli sürməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, pul-kredit siyasətinin sərtləşdirilməsi fonunda gözləntilər, dolların möhkəmlənməsi, eləcə də investorların mənfəəti fiksasiya etmələri qiymətli metallar bazarına təzyiq göstərib: “Bundan əlavə, qiymətlərin enməsi pərakəndə investorların marjinal mövqelərinin avtomatik bağlanmasına gətirib çıxardı ki, bu da satışları gücləndirdi. Bir çox investor kəskin artımdan sonra qazancını rəsmiləşdirməyə başladı və bu, kotirovkaların düşməsi üçün əlavə təsir etdi.

Yekun

2026-cı ilin əvvəlindən gümüşün qiyməti təxminən 13 faiz artıb. Yanvar ayında qiymətli metalların dəyəri geosiyasi hadisələr fonunda rekord həddə yüksəlib. Bu amillər arasında ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması üzrə əməliyyatı, Donald Trampın Qrenlandiya üzərində nəzarəti əldə keçirmək cəhdləri, bir sıra ölkələrə qarşı yeni ticarət rüsumları ilə bağlı hədələri və İranda baş verən etirazlar yer alıb. İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqları da mühüm rol oynayıb. Eyni zamanda, Tramp qurumun sədri Cerom Paueli faiz dərəcələrini kifayət qədər sürətlə endirmədiyinə görə tənqid edib. Yanvarın 29-da qızıl və gümüş müvafiq olaraq 5595,46 və 121,67 dollar səviyyəsində tarixi maksimumlara çatıb. Lakin artıq növbəti gün — yanvarın 30-da qiymətli metalların kotirovkaları kəskin şəkildə geriləyib.

“Bloomberg” qeyd edib ki, qızıl üçün bu, son onillikdə ən böyük eniş olub. Dönüş nöqtəsi Trampın ABŞ Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə Kevin Uorşun namizədliyini irəli sürməsini qeyd etməsi olub. 2006–2011-ci illərdə FES-in İdarə Heyətinin üzvü olmuş Uorş inflyasiya ilə mübarizə məqsədilə yüksək faiz dərəcələrinin tərəfdarı kimi tanınırdı.

Fevralın 4-də Tramp bildirib ki, Uorş hazırda da bu mövqedə qalsaydı, onun namizədliyini irəli sürməzdi. “NBC News”a müsahibəsində Tramp tənzimləyicinin faiz dərəcələrini endirəcəyinə “demək olar ki, əmin olduğunu” deyib. Qiymətli metallar faiz gəliri gətirmədiyindən, dərəcələrin aşağı salınması onların investisiya cəlbediciliyini artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO