Elbay Qasımzadə: Azərbaycanda urbanizasiya problemlərinin həlli istiqamətində ciddi işlər görülür
Bakı, 10 fevral, Abdulla Suvar, AZƏRTAC
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində WUF13 forumunun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Forum qloballaşma və sürətli urbanizasiya prosesləri ilə birbaşa bağlıdır.
Hazırda dünya əhalisinin 51 faizdən çoxu şəhərlərdə yaşayır. Azərbaycanda bu göstərici 52,4 faizdən artıqdır. Proqnozlara görə, 2040-cı ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Halbuki XIX əsrin əvvəllərində bu göstərici cəmi 15 faiz idi.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə deyib.
“Şəhərlər sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə urbanizasiya problemini qlobal çağırışa çevirir. Azərbaycanda urbanizasiya ilə bağlı problemlərin həlli istiqamətində ciddi işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur yaradılır”, - deyə Əməkdar memar bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [11:48]
Aİ səfiri: Şəhərlər iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsindədir VİDEO
- 10.02.2026 [10:41]
Azərbaycan Memarlar İttifaqı WUF13-də iki böyük sərgi ilə təmsil olunacaq
- 09.02.2026 [22:48]