İQTİSADİYYAT
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendi qurulacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 19-21-də Bakı Ekspo Mərkəzində keçiriləcək 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild”) Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendi qurulacaq.
AZƏRTAC xəbər verir ki, şirkət Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçərək fəaliyyət göstərir. “A&S Union AFEZCO” beynəlxalq standartlara cavab verən, ən müasir texnologiyalara əsaslanan, yanğına davamlı alüminium və polad kompozit panellərin istehsalını həyata keçirəcək. Sözügedən məhsullar Səlahiyyətli Qurum ilə “A&S Union AFEZCO”
şirkətinin birgə stendində nümayiş etdiriləcəkdir.
İnşaat sektorunda bu məhsullara tələbatın yüksək olduğunu və onların sektor üçün faydalı olacağını nəzərə alaraq, Səlahiyyətli Qurum nümayiş olunacaq məhsullarla tanışlıq məqsədilə layihələndirmə və tikinti şirkətlərini sərgini ziyarət etməyə dəvət edir.